Böyük şəhərdə seks 2 (film, 2010)
From Wikipedia, the free encyclopedia
Böyük şəhərdə seks 2 (ing. Sex and the City 2) — 2010 – cu ildə Maykl Patrik Kinqin rejissorluğu ilə ABŞ – da çəkilmiş romantik komediya filmidir. Film 2008 – ci ildə çəkilmiş və HBO telekanalının yayımladığı Böyük şəhərdə seks serialının davamı olan eyni adlı filmin davamıdır.
Böyük şəhərdə seks 2 | |
---|---|
Sex and the City 2 | |
Janr | romantik komediya, Erotik komediya, komediya-dram, LGBT mövzulu film[d] |
Əsas mövzu | dəb |
Rejissor | Maykl Patrik Kinq |
Prodüserlər |
Maykl Patrik Kinq Sara Cessika Parker Darren Star Con Melfi |
Ssenari müəllifi | Maykl Patrik Kinq |
Baş rollarda |
Sara Cesika Parker Kim Ketrall Sintia Nikson Kristin Devis |
Operator | Con Tomas |
Bəstəkar | Aaron Ziqman |
İstehsalçılar |
HBO Films Village Roadshow Pictures |
Distribütor | InterCom[d][1], Netflix |
İlk baxış tarixi | 27 may, 2010 |
Müddət | 146 dəq. |
Büdcə | $100 milyon[2] |
Gəlir | $305,153,249[3] |
Ölkələr | ABŞ |
Dil | ingilis dili |
İl | 2010 |
Əvvəlki film | Böyük şəhərdə seks |
Rəng | 146 dəq. |
Çəkiliş yeri | Nyu-York, Mərakeş |
IMDb | ID1261945 |
Vikianbarda əlaqəli mediafayllar |
Film 27 may, 2010–cu ildə ABŞ, 28 may, 2010 – cu ildə isə Birləşmiş Krallıq kinotetarlarında nümayişə daxil olmuşdur. DVD versiyada satışı isə Birləşmiş Krallıqda 29 noyabr, 2010–cu ildə başlamışdır. Filmin ulduzları serialdan izləyicilərə yaxşı tanış olan Sara Cesika Parker, Kim Ketrall, Kristin Devis, Sintiya Nikson və Kris Notsdur. Filmdə həmçinin epizodik rollarda Layza Minelli, Penelopa Kruz, Mayli Sayrus, Tim Qan, Ron Vayt və Omid Cəlili kimi ulduzlar da oynamışlar.