Belqradın fəthi (rəsm)
From Wikipedia, the free encyclopedia
Belqradın fəthi – Serbiyanın ilk məşhur qadın rəssamlarından və romantizm cərəyanının nümayəndəsi olan Katarina İvanoviçin yağlı boya rəssamlığına aid əsəri. 1844 -1845-ci illərdə yaradılmış bu rəsm əsərində, serb üsyanı nəticəsində 1806-cı ilin sonlarında Belqradın serblər tərəfindən tutulması təsvir edilir.
Belqradın fəthi | ||
---|---|---|
serb. Osvajanje Beograda | ||
| ||
Rəssam | Katarina İvanoviç | |
Tarixi | 1844-1845 | |
Üslubu | Tarixi rəsm | |
Texnikası | Yağlı boya rəssamlığı | |
Materialı | yağlı boya[d] | |
Saxlanıldığı yer | Serbiya Milli Muzeyi | |
İnventar nömrəsi | 31-413 |
İvanoviç, Münhen Akademiyasında təhsil alarkən Serb xalqının tarixi adlı kitabla tanış olur və bundan sonra belə bir rəsm əsərini yaratmaq qərarına gəlir. Rəsm, Belqradın incəsənət tənqidçiləri tərəfindən xoş qarşılanmır. İncəsənət tarixçisi Lilien Filipoviç-Robinson bunun zəif kompozisiya və məkan konstruktivliyi ilə əlaqədar olduğunu bildirdi. 1870-ci illərdə İvanoviçin əsərləri Serbiyada, demək olarki, unudulmuşdu. Belqradın fəthi 1874-cü ildə İvanoviçin Tarixi Portretlər Qalereyasına təqdim etdiyi dörd əsərdən biri idi. Bu dövrdə, qalereya Serbiya Milli Muzeyinin əsasını təşkil edirdi. Rəsm hal-hazırda Milli Muzeydə nümayiş etdirilir.