Bibiheybət məscidi
From Wikipedia, the free encyclopedia
Bibiheybət məscidi — Azərbaycan Respublikasının Bakı buxtası sahilində yerləşən məscid. 1990-cı illərdə tikilən məscid Şirvanşahlar dövlətinin iyirmi səkkizinci hökmdarı Əbü-l-Fəth Fərruxzad ibn Axsitan ibn Fəribürz[2] tərəfindən XIII əsrin II yarısında Azərbaycan Elxanilər dövlətinin tərkibində olduğu zaman tikilən eyniadlı məscidin bərpa edilmiş variantıdır. Mahmud ibn Səd tərəfindən tikilən məscid bütün SSRİ ərazisində dinə qarşı mübarizə zamanı 1936-cı ildə bolşeviklər tərəfindən tamamilə dağıdılmışdır.
Bu məqalə məscid haqqındadır. Digər mənalar üçün Bibiheybət (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Bibiheybət məscidi | |
---|---|
| |
40°18′31″ şm. e. 49°49′13″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı Bakı |
Yerləşir | Bibiheybət, Səbail |
Aidiyyatı | Qafqaz Müsəlmanları İdarəsi |
Memar | Mahmud ibn Səd |
Sifarişçi | Şirvanşah II Fərruxzad |
Tikilmə tarixi | 1281—1282 |
Üslubu | Şirvan-Abşeron memarlığı [1] |
Minarələri | 2 |
Vəziyyəti | Restavrasiya olunub (12 iyul, 2008) |
Vikianbarda əlaqəli mediafayllar |
Bibiheybət kompleksində məsciddən başqa seyid nəslindən gələn Həkimə xanım kimi möhtərəm şəxslərə aid sərdabələr və qəbirlər var. Bu abidə Azərbaycandakı İslam memarlığı abidələrinin ən əhəmiyyətli nümunəsidir. Azərbaycan şairi Abbasqulu ağa Bakıxanov, məşhur fransız yazıçısı Aleksandr Düma və Qarabağ xanlığıın son hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvan kimi şəxslər bu məscidi ziyarət ediblər. Hal-hazırda da Azərbaycana gələn xarici ölkələrin nümayədənləri məscidi ziyarət edir.[3][4][5]