Füzuli rayonu
Azərbaycanda rayon / From Wikipedia, the free encyclopedia
Füzuli rayonu — Azərbaycan Respublikasında inzibati ərazi vahidi. Birinci Qarabağ müharibəsi'ndə 1993-cü ildə Füzuli rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilir.[1] 1994-cü il Horadiz əməliyyatı zamanı rayonun bir hissəsi 1 şəhəri Horadiz və 21 kəndi Araz Zərgər, Araz Dilağarda, Araz Yağlıvənd, Birinci Mahmudlu, İkinci Mahmudlu, Əhmədbəyli, Murtuzalılar, Aşağı Kürdmahmudlu, Yuxarı Kürdmahmudlu, Alxanlı, Qarabağ, Bala Bəhmənli, Böyük Bəhmənli, Kərimbəyli, Şükürbəyli, Babı, Arayatılı, Mollaməhərrəmli, Əhmədalılar, Qazaxlar, Mirzənağılı işğaldan azad edilib. 2020-ci il 17 oktyabr tarixində Füzuli şəhəri işğaldan tam azad olunmuşdur.
Bu məqalə Füzuli rayonu haqqındadır. Füzuli şəhəri üçün Füzuli (şəhər) səhifəsinə baxın. |
Rayon | |
Füzuli rayonu | |
---|---|
| |
39°36′01″ şm. e. 47°08′35″ ş. u. |
|
Ölkə | |
Daxildir | Qarabağ |
İnzibati mərkəz | Füzuli |
İcra başçısı | Alı Alıyev |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 8 avqust 1930 |
Sahəsi |
|
Hündürlük | 264 m |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-FUZ |
Telefon kodu | 994 26 |
Poçt indeksi | 1900 |
Avtomobil nömrəsi | 19 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Ayıdağ (Azərbaycan), Xəzər dağı Məngələnata dağı yerləşir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.[2]
Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 144 min nəfərdir. Rayonda 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri vardır. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır. Aşağı Köndələnçay su anbarı Köndələnçay üzərindədir.
2020-ci ilə qədər rayonun 1993-94-cü illərdə işğaldan azad olunmuş ərazilərində 13 qəsəbə və 24 kənd mövcud olub. Qəsəbələrdən 12-si ("Qayıdış" qəsəbələri) ərazidə yeni salınmış və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilmişlər. 2021-ə qədər ərazidə 51 min nəfər məcburi köçkün məskunlaşmışdır.
27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Ordusu tərəfindən keçirilmiş əks-hücum əməliyyatı nəticəsində rayonun kəndlərindən Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, 3 oktyabrda Aşağı Əbdürrəhmanlı, 9 oktyabr-da Yuxarı Güzlək, Gorazıllı, 14 oktyabr-da Xatınbulaq, Qaradağlı, Xatunbulaq, Qarakollu, 15 oktyabr-da da Arış kəndi işğaldan azad edilib. 17 oktyabr 2020-ci ildə isə Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan tam azad olunmuşdur. Davam edən əməliyyatlar nəticəsində 20 oktyabr-da Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, 21 oktyabr-da Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri, 22 oktyabrda Yuxarı Rəfədinli, 23 oktyabrda Aşağı Rəfədinli, 28 oktyabr-da Mandılı, 07 noyabr-da Ağbaşlı, Aşağı Güzlək, Yuxarı Veysəlli, Dördlər, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar və Divanalılar, 27 oktyabrda Mollavəli, 09 noyabr-da Dövlətyarlı, Govşatlı, Hüngütlü, Qıyıqçı, Qızıl Qışlaq, Xələfşə, Qobu Dilağarda, Yal Pirəhmədli, Yağlıvənd, Dilağarda, Hüseynbəyli, Qaraməmmədli, Merdinli, Mirzəcamallı, Seyid Mahmudlu, Saracıq, Sərdarlı, Şəkərcik, Şıxımlı, Şıxlı, Üçbulaq və Ələsgərli kəndləri Azərbaycan Silahlı qüvvələri tərəfindən Ermənistanın işğalından azad olunmuşdur.