Nardaran qalası
From Wikipedia, the free encyclopedia
Nardaran qəsri — Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Qəsr Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alımışdır.[1] 2001-ci ildə Nardaran qəsri digər Xəzəryanı müdafiə qurğuları ilə birlikdə UNESCO-nun Ehtiyat siyahısına daxil edilmişdir.[2]
Nardaran qalası | |
---|---|
40°33′41″ şm. e. 50°00′17″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Nardaran |
Aidiyyatı | Şirvanşahlar dövləti |
Memar | Mahmud ibn Səd |
Tikilmə tarixi | 1301 |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Material | kirəc daşı |
UNESCO Ehtiyat Siyahısı | |
Rəsmi adı: The Caspian Shore Defensive Constructions | |
Tipi | Mədəni |
Təyin edilib | 2001 |
İstinad nöm. | 1573 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 4.4. |
Kateqoriya | Qala |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Qəsr qülləsinin fasadında yerləşdirilmiş iki kitabə tikilinin 1301-ci ildə memar Mahmud ibn Səd tərəfindən inşa edilməsi haqqında məlumat verir. Bu memar eyni zamanda Bakı buxtasındakı Bibiheybət məscidi və İçərişəhərdəki 1300-cü ildə inşa edilmiş və kitabəsində memarın adı da qeyd olunmuş Molla Əhməd məscidinin də plan və inşa işlərini həyata keçirmişdir.
Nardaran qəsri planda kvadrat formalı həyətə malik qala divarları və həyətin mərkəzinə yerləşən silindrik qüllədən ibarətdir. Qəsrin inşasında yerli daşlardan istifadə edilmişdir.