Petros Gevondyan
From Wikipedia, the free encyclopedia
Petros/Peto Gevondyan (erm. Պետրոս Ղևոնդյան; 30 yanvar 1964[1], Proşyan, Əştərək rayonu – 14 fevral 1994[2], Ömər aşırımı, Kəlbəcər rayonu) — Birinci Qarabağ müharibəsində iştirak etmiş Erməni İnqilabi Federasiyası partiyasına mənsub terrorçu, 77-ci özünümüdafiə batalyonun komandiri. Gevondyan, 1994-cü ilin 14 fevral tarixində Azərbaycan Respublikasının Kəlbəcər rayonu ərazisində baş vermiş Kəlbəcər əməliyyatı zamanı Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşərkən öldürülmüşdür.
Petros Gevondyan | |
---|---|
erm. Պետրոս Ղևոնդյան | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 yanvar 1964(1964-01-30)[1] |
Doğum yeri | |
Vəfat tarixi | 14 fevral 1994(1994-02-14)[2] (30 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | erməni |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
Erməni İnqilabi Federasiyası Ermənistan Silahlı Qüvvələri |
Xidmət illəri | 1991-1994 |
Rütbəsi | səhra komandiri |
Döyüşlər |
O, erməni mənbələrində Kəlbəcər əməliyyatının əsas səhra komandirlərindən biri kimi təqdim edilir. Gevondyan 1991-ci ilin may ayında Qarabağın Şaumyan, Şuşa, Xocavənd, Hadrut bölgələrində və Ermənistan SSR-in Noyemberyan, Gorus və Tavuş mərzlərində Sovet Daxili qoşunları və OMON-un keçirdiyi Çaykənd əməliyyatından sonra Dağlıq Qarabağa gəlmişdir.
1993-cü ilin 15 yanvar tarixində MiQ-25 qırıcı təyyarəsini 9K38 İqla — daşına bilən zenit-raket kompleksi ilə vurduqdan sonra şöhrət qazanmışdır.[3][4] Ölümündən sonra adı Ermənistanda bir necə küçə və təhsil müəssisələrinin otaq və dinləmə zallarına verilmişdir.