Talış dağları
From Wikipedia, the free encyclopedia
Talış dağları — Azərbaycanın ucqar cənub-şərqində və İranın ucqar şimal-qərbində Ərdəbil ostanı və Gilan ostanı daxilində dağ silsiləsi. Talış dağları əsas etibarilə üçüncü dövr çöküntülərindən təşkil olunmuşdur. Talış dağları Kiçik Qafqaz dağlarından Əlburz (İran dağlarına keçid həlqəsini təşkil edir və həqiqi hündürlüyü 2477 metrə çatan üç əsas dağ silsiləsi və onların bir sıra qollarından ibarətdir.[1] Talış dağları Burovar, Peştəsər və Talış dağ silsilələrindən ibarətdir. Talış dağ silsiləsi Cənubi Azərbaycan ərazisindədir. Talış dağları cənub-şərqdə Əlburz, qərbdə isə Savalan dağları ilə birləşir. Vilayətin ən hündür nöqtələri Kömürgöy (2493 m) və Qızyurdu (2433 m) zirvələridir. Vilayətin Lənkərançay (Bəşəru), Vazaru, Sadaşaru, Astaraçay, Təngərüd, Pensərçay, Ləkər, Veravulçay, Qumbaşıçay, Viləş, Mişarçay, Göytəpəçay, Bolqarçay və başqa çayları öz başlanğıclarını Talış dağlarından götürürlər.[2]
Talış dağları | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Talış |
Dağ silsiləsi | Burovar, Peştəsər və Talış dağ |
Mütləq hündürlüyü | 2493 m |
Hündür zirvəsi | Kömürgöy |
Yerləşməsi | |
38°42′ şm. e. 48°18′ ş. u. | |
Ölkələr | |
Rayonlar | |
Vikianbarda əlaqəli mediafayllar |