Xetaq Qazyumov
Rusiya və Azərbaycan güləşçisi / From Wikipedia, the free encyclopedia
Xetaq Qazyumov (əsl adı: Xetaq Ruslanoviç Qozyumov)[1][2] (24 aprel 1981; Alagir, Şimali Osetiya MSSR, Rusiya SFSR) — 2003-2007-ci illərdə Rusiyanı, 2007-2016-cı illərdə isə Azərbaycanı təmsil edən sərbəst güləşçi, güləş mütəxəssisi. Xetaq Qazyumov 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında və 2012-ci ildə Birləşmiş Krallıqda baş tutan XXX Yay Olimpiya Oyunlarında bürünc medallara, 2016-cı ildə Braziliyada baş tutan XXXI Yay Olimpiya Oyunlarında isə gümüş medala sahib olub.
Xetaq Qazyumov | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Xetaq Ruslan oğlu Qazyumov | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ləqəbi | Mustang | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı |
Rusiya (2002—2007) → Azərbaycan (2007—2016) |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | (43 yaş) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Alagir, Şimali Osetiya MSSR, Rusiya SFSR | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 180 sm. (5 ft 11 in) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İdman növü | Güləş | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyera illəri | 1990—2016 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Məşqçisi | Marig Tedeyev | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Komandası | Atasport İdman Klubu | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Medallar
|
2010-cu ildə Rusiyada Dünya Çempionatının qalibi olan Xetaq Qazyumov, üç dəfə (2009, 2013 və 2014) Dünya Çempionatlarının final görüşlərində məğlub olaraq gümüş medallara sahib olub. 2015-ci ildə I Avropa Oyunlarının da qalibi olan Xetaq Qazyumov, 2009, 2010 və 2011-ci illərdə ardıcıl üç dəfə Avropa Çempionatının qızıl medalını qazanıb.
Karyerası ərzində 34 beynəlxalq turnirdə mübarizə aparan Xetaq Qazyumov, onların 21-də qızıl, 7-də gümüş, 6-da isə bürünc medala sahib olub.
Karyerası ərzində o, Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turnirdə altı dəfə (2008, 2009, 2010, 2011, 2012 və 2014-cü illər), Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirdə dörd dəfə (2010, 2011, 2013 və 2014-cü illər) qalib olub.
London Olimpiadasının 1/4 final mərhələsi çərçivəsində Ukrayna nümayəndəsi Valeri Andreytsevlə baş tutan görüşün gedişində Xetaq Qazyumovun qan təzyiqi normadan aşağı düşdü və o, görüşdən sonra tibbi maşınla hospitala aparıldı. Bu zaman turnirdə görüşlər davam edirdi və Valeri Andreytsev Olimpiadanın final görüşünə vəsiqə qazandı. Belə olan halda Xetaq Qazyumov təsəlliverici qrupda mübarizə aparmaq hüququ qazandı. Təsəlliverici qrupun birinci görüşüncə Tacikistan təmsilçisi Rüstəm İsgəndəri Xetaq Qazyumov ilə üz-üzə gəlməli, bu cütün qalibi isə təcrübəli İran nümayəndəsi Reza Yazdani ilə qarşılşamalı idi. Amma Reza Yazdani, Valeri Andreytsevlə görüşdə ciddi zədə aldığı üçün turnirdə mübarizəsini dayandırdı. Bu məlumat Xetaq Qazyumova veriləndən sonra o, tibbi maşının sürücüsündən onu "ExCeL London" Arenasına geri qaytarmaqlarını xahiş elədi. Qısa müddət ərzində arenaya qayıdan Xetaq Qazyumov, Tacikistan nümayəndəsi Rüstəm İsgəndəri ilə görüşə çıxdı. Qazyumov ümumi nəticədə rəqibi üzərində 2:0 hesabı ilə qələbə qazandı. Bürünc medal uğrunda görüşdə isə o, Reza Yazdani mübarizə aparmadığı üçün birbaşa qalib elan edildi.
Azərbaycan Güləş Federasiyasının (AGF) Prezidenti, dövrün vergilər naziri Fazil Məmmədov, "Xetaq Qazyumovun bu əzmi ilə qazandığı bürünc medalın, qızıl medaldan daha dəyərli" olduğunu bildirdi.
Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 sentyabr 2008-ci il tarixli 3017 nömrəli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə,[3] 31 avqust 2012-ci il tarixli 2399 nömrəli Sərəncamına əsasən Azərbaycan Prezidentinin fəxri diplomu ilə,[4] 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Şöhrət" ordeni ilə,[5] 22 avqust 2016-cı il tarixli Sərəncamına əsasən 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Üç dəfə Olimpiya Oyunlarının medalına sahib olan birinci və yeganə Azərbaycanlı sərbəst güləşçidir.
2016-2023-cü illərdə sərbəst güləş üzrə Şimali Osetiya yığmasının baş məşqçisi olub. 2023-cü il martın 15-dən isə o, sərbəst güləş üzrə Azərbaycan yığmasının baş məşqçisidir.