Sayeret Matkal
From Wikipedia, the free encyclopedia
Sayeret Matkal (ivr. סיירת מטכ"ל) — İsrail Silahlı Qüvvələri Baş Qərargahının Xüsusi Təyinatlı Bölməsi. Bu bölmə kəşfiyyat, terrorizmlə mübarizə və ölkə hüdudlarından kənarda girovların azad edilməsi əməliyyatlarında iştirak edir.[2]
Sayeret Matkal | |
---|---|
ivr. סיירת מטכ"ל | |
Növü | Xüsusi təyinatlı bölmə |
Yaranma tarixi | 1957-ci ildən günümüzədək |
Ölkə | İsrail |
Tabedir | İsrail hərbi kəşfiyyat idarəsi |
Daxildir | Ha-Eş |
Vəzifəsi |
Xüsusi kəşfiyyat Reyd Girovların xilası Kontr-terrorizm |
Şüarı |
"Cəsur qalib gəlir"[1] (ing. "Who Dares Wins") |
Döyüşlər |
Altıgünlük müharibə Yom Kippur Livan müharibəsi (1982) Birinci fələstin intifazəsi Məscidül-Əqsa intifazəsi Livan müharibəsi (2006) |
Komandanlıq | |
Məşhur komandirləri |
Ehud Barak Yonatan Netanyahu Tamari Nehemya Uzi Dayan Moşe Yaalon |
Vikianbarda əlaqəli mediafayllar |
Sayeret Matkalın əsası 1957-ci ildə qoyulub. Buraya dəqiqliklə seçilmiş, yüksək fiziki və əqli qabiliyyətləri ilə fərqlənənlər düşə bilir. 18-19 ay[1] davam edən təlimlərə baza piyada məktəbi, paraşüt məktəbi, terror hücumlarının qarşısının alınması üzrə dərslər və kəşfiyyat nəzəriyyəsinin öyrənilməsi daxildir.
Bölmə 1960-cı ildən başlayaraq, bir sıra irimiqyaslı əməliyyatlarda iştirak edib.[1] Onlardan ən məşhuru Entebbe əməliyyatıdır. Xüsusi təyinatlıların qətiyyət və bacarıqlarını nümayiş etdirdikləri bu əməliyyatda terrorçular tərəfindən Uqandanın Entebbe hava limanında eniş edən təyyarənin göyərtəsindən girov götürülərək terminal binasında saxlanılan 100-dən çox insan azad edilib.[3]