Səfəvi xanədanı
Azərbaycanda həmçinin bir çox şərq ölkələrində yerləşən keçmiş dövlət / From Wikipedia, the free encyclopedia
Səfəvilər (az-əbcəd. صفویلر, fars. صفویان səfəviyan) — indiki İran[1] və Azərbaycan ərazisində hökm sürmüş şah sülaləsi, Səfəvi dövlətinin hökmdarları. XIV əsrin əvvəllərindən etibarən indiki İranın şimalındakı Ərdəbil bölgəsini və 1501–1722 və 1729–1736-cı illərdə indiki İranın bütün ərazisini idarə etdilər.[2][3][4][5][6]
Səfəvilər sülaləsi | |
---|---|
صفویان | |
| |
Ölkə | |
Banisi | Şeyx Səfiəddin |
Sonuncu hökmdar | Şah III Abbas |
Əsası qoyulub | 1501 |
Milliyyət | türkman/Azərbaycan türkü |
Titullar | |
Şeyx, Şah | |
Vikianbarda əlaqəli mediafayllar |
İndiki İran, Azərbaycan, Ermənistan, İraq, Əfqanıstan, Türkmənistan və Türkiyənin şərq hissəsindəki varlığını qoruyub saxlayan tarixdə ilk dəfə Şiə Onikiciliyi Azərbaycan və İranın rəsmi inancı və varisi olduğu dövlətin hakim sülalələri olaraq qəbul etdi.[6][7]
Bu sülalənin ilk hökmdarı Güney Azərbaycannın Ərdəbil şəhərində anadan olan I İsmayıl (1501–1524) idi. Şərur yaxınlığında (Naxçıvanda) türkmanlar (Azərbaycan türklərinin əvvəlki adı) Ağqoyunlu dövlətinin hökmdarı Əlvənd Xanı məğlub etdikdən sonra İsmayıl zəfərlə Təbrizə girdi və 1501-ci ilin iyulunda özünü şah elan etdi. Əvvəlcə onun nəzarətində olan ərazilər yalnız Azərbaycanla məhdudlaşsa da, sonrakı 10 il ərzində indiki İranın böyük bir hissəsini öz hakimiyyəti altında birləşdirdi və qonşu İraq vilayətləri Bağdad və Mosulu da öz dövlətinə qoşdu.[1][8]
Yaradılan dövlətə ən çox Dövlət-i Qızılbaş (Qızılbaş dövləti) deyilirdi.[4][9][5] Qızılbaş səltənəti və Qızılbaş mülkiyyəti adları da istifadə edilmişdir və şah Qızılbaş, padişah titulunu daşıyırdı.[5]
Təbriz şəhəri Səfəvi dövlətinin paytaxtı oldu; daha sonra paytaxt Qəzvinə, oradan da İsfahana köçürüldü.
Səfəvilər özlərini "şahənşah" (şahlar şahı) adlandırırdılar. Bununla yanaşı, Şiə İslamı dövlət dini elan edərək ön plana çıxardılar. Səfəvi dövründə şiəlik hakim cərəyan kimi quruldu.
Səfəvi dövlətinin qurulmasını dəstəkləyən türk tayfaları bunlar; Şadlı eli, Şamlı, Əfşar, Qaçar, Çağırqanlı, Qaramustafalu, Təkəli, Bəydili, Humuslu, Ustaclu, Dulqədirlu, Varsak.[10]