İğdır ili
Türkiyədə intizabi-ərazi vahidi / From Wikipedia, the free encyclopedia
İğdır ili (türk. Iğdır ili) — Türkiyənin şərqində, Şərqi Anadolu regionunda inzibati–ərazi vahidi. Şimalda, şimal–şərqdə və şərqdə Ermənistan Respublikasının Ararat mərzi, cənub–şərqdə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu və İran İslam Respublikasının Qərbi Azərbaycan ostanının Maku şəhristanı, cənubda Ağrı ilinin Doğubəyazid və Daşlıçay ilçələri, cənub–qərbdə və qərbdə Ağrı ilinin Mərkəz ilçəsi, qərbdə və şimal–qərbdə Qars ilinin Kağızman ilçəsi, şimal–qərbdə isə Qars ilinin Diqor ilçəsi ilə həmsərhəddir. İnzibati mərkəzi İğdır şəhəridir. İğdır ilinin Ermənistanla sərhəd xəttinin uzunluğu 51 km,[5][6] Azərbaycanla 15 km,[7][8][9][10][11][12] İranla isə 49 km[13] təşkil edir.
İğdır ili | |
---|---|
türk. Iğdır ili | |
39°53′37″ şm. e. 43°59′52″ ş. u. |
|
Ölkə | Türkiyə |
Daxildir | Şərqi Anadolu regionu |
İnzibati mərkəz | İğdır |
Vali | Davut Haner[1] |
Tarixi və coğrafiyası | |
Sahəsi | 3 587.81[2] km² |
Saat qurşağı | UTC+2, yayda UTC+3 |
Əhalisi | |
Əhalisi | 192 056 [3][4] nəfər (2014) |
Əhalinin sıxlığı | 5.353 nəfər/km² |
Etnik tərkib | Azərbaycanlılar, Kurmanclar və s. |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | TR-76 |
Telefon kodu | +90 476 |
Poçt indeksi | 76000–76999 |
İnternet domeni | .tr |
Avtomobil nömrəsi | 76 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |