Çaldıran döyüşü
Osmanlılar və Səfəvilər arasında 1514-cü il avqustun 23-də Çaldıran düzündə baş vermiş vuruşma / From Wikipedia, the free encyclopedia
Çaldıran döyüşü — 23 avqust 1514-cü ildə baş vermiş və Osmanlı imperiyasının Səfəvi imperiyası üzərində qələbə qazanması ilə nəticələnmiş döyüş. Döyüşün nəticəsi olaraq Osmanlı imperiyası Şərqi Anadolunu və Şimali İraqı özünə birləşdirmişdir.[2][4] Bu döyüş ilə Osmanlı imperiyası Şərqi Anadoluya doğru irəliləmiş, eyni zamanda da Səfəvi imperiyasının qərbə doğru genişlənməsinin qarşısını almışdır.[14] Çaldıran döyüşü ilə 44 illik dağıdıcı müharibə başlamış və yalnız 1555-ci ildə Amasya sülh müqaviləsi ilə sonlanmışdır.[15] Mesopotomiyanın və Şərqi Anadolunun Səfəvi hökmdarı I Abbas (1588–1629) tərəfindən ələ keçirilməsinə baxmayaraq, onun ölümündən sonra varisi müharibəni o qədər də uğurlu davam etdirə bilməmiş, 1639-cu ildə imzalanmış Qəsri Şirin sülh müqaviləsi ilə bu torpaqlar Osmanlıya verilmişdir.[16]
Çaldıran döyüşü | |||
---|---|---|---|
Səfəvi-Osmanlı münasibətləri | |||
Tarix | 23 avqust 1514 | ||
Yeri | Çaldıran düzü, Maku | ||
Səbəbi | Səfəvi dövləti ilə Osmanlı arasında olan ziddiyətlər | ||
Nəticəsi |
Osmanlı İmperiyası qalib gəldi[1][2] * Siyasi olaraq pat vəziyyəti yarandı[3][lower-alpha 1] * Osmanlı imperiyasi Şərqi Anadolunu və müasir İraqın şimalını ələ keçirdi[4] * Osmanlı ordusu qısamüddətli olaraq Təbriz şəhərini ələ keçirib yağmaladı[5] |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Çaldıran düzündə Osmanlı ordusu daha böyük və daha yaxşı silahlanmış vəziyyətdə idi. Osmanlı ordusunun sayı 60–100 min olmaqla birlikdə, güclü odlu silahla təchiz edilmişdi. Səfəvi ordusunun sayı 40–80 min arasında göstərilməklə birlikdə, odlu silaha malik deyildi. Döyüşdəki məğlubiyyətdən sonra İsmayıl öz sarayına çəkildi və bir daha hərbi əməliyyatlara qatılmadı. Döyüşdəki qələbədən sonra Osmanlı ordusu Səfəvi imperiyasının dərinliklərinə doğru irəlilədi və qısamüddətli də olsa Səfəvi paytaxtını ələ keçirdi. Həmçinin Təbriz Osmanlı işğalında ikən Səfəvi imperiyasınnı xəzinəsi də yağmalandı.
Döyüşdəki məğlubiyyət Şah İsmayılın özünəinamına təsir göstərmiş, saraya qapanmasına və bir daha döyüşlərdə iştirak etməməsinə səbəb olmuşdur.[17][18][19][19][14][5]
Döyüşün böyük tarixi əhəmiyyəti tək şiə-qızılbaş inancında mürşidi-kamilin yanılmazlığı ideyasının zərbə alması olmadı, eyni zamanda kürd tayfa rəhbərlərinin Səfəvi imperiyasına olan asılılığı Osmanlı asılılığına dəyişmələri oldu.[17][20][21]